Niyaz Qurbanov 1962-ci il yanvar ayının 4-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 5 saylı orta məktəbdə almışdır. Orta məktəbi qurtardıqdan sonra Niyaz 1980-1982-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Qoşunları sırasında xidmət etmişdir. hərbi xidməti başa vurduqdan sonra Niyaz Qurbanov bir müddət Qazaxıstanda işləmişdir.
Erməni qəsbkarlarının Azərbaycan torpaqlarına hücumu başlananda Niyaz vətənə qayıdaraq, ermənilərin hərbi sirlərini öyrənmək üçün gizli fəaliyyət göstərəcək EMFİK (erməni millətçi faşistlərinin məhvi komitəsi) təşkilatını yaratmağa çalışmışdı.Çox bacarıqlı kəşfiyyatçı idi.
Niyaz Qurbanov Gəncə Müdafiə batalyonunda tağım komandiri kimi bir sıra kəndlərin azad edilməsində əsl hünər göstərmişdir. Qabiliyyətli kəşfiyyatçı hətta bir neçə dəfə düşmən ərazisinə keçib, ermənilər haqqında qiymətli məlumatlar gətirmişdir.
Niyaz Bahadur oğlu Qurbanov 1993-cü il iyulun 8-də Ağdam rayonunda düşmənə xeyli tələfat vermişdir, nəhayət, tək qalan Niyaz düşmən əlinə keçməmək üçün sonuncu gülləsini sinəsinə sıxmışdır. Mərhum döyüşçünün cənazəsi 1993-cü il iyulun 9-da Gəncəyə gətirilərək Gəncənin Şəhidlər Xiyabanında ehtiramla dəfn olunmuşdur.
Qurbanov Niyaz Bahadur Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.