Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qurbanov Rövşən İkram Oğlu
  • Doğum Tarixi: 12.03.1964
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rövşən Qurbanov 1964-cü il mart ayının 12-də anadan olmuşdur. 1979-cu ildə orta məktəbin 8-ci sinfini bitirən Rövşən təhsilini Gəncə Politexnik Texnikumunda davam etdirmişdir.

Rövşən Qurbanov 1982-1984-cü illərdə Çita vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2 №-li Qaçqın İnşaat Tresti Sənaye Kombinatında əmək fəaliyyətinə başlamışdır. Rövşən Qurbanov 1991-ci ildə ailə həyatı qurmuşdur.

Doğma vətənimiz Azərbaycanın başı üstünü qara buludlar alanda, 20 yanvar faciəsini, Xocalı hadisələrini görəndə Rövşən özündə daxili dinclik tapa bilmirdi. Elə bunların təsiri ilə Rövşən Qurbanov 1992-ci ilin noyabrında könüllü olaraq cəbhəyə yollanmışdı. O, 002 saylı hərbi hissədə xidmət etmişdir.

1993-cü il yanvarın 25-də Ağdamın Fərruxdağı uğrunda gedən döyüşlərdə böyük igidlik göstərmişdir. Həmin döyüş zamanı 5 gün mühasirədə qalmış, düşmən əlinə keçməkdənsə ölümü üstün tutmuşdur. Azğın düşmənlər Rövşəni 28 yaşında qətlə yetirmişlər. Həyatda yeganə yadigarı olan Günel adlı qızı qalır.

Mərhumun ruhuna hörmət əlaməti olaraq Daşkəsən rayonu Əhmədli kənd orta məktəbi Rövşən Qurbanovun adını daşıyır.
Qurbanov Rövşən İkram Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş