Quliyev Natiq Allahverdi oğlu 1963-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Allahverdi Quliyev ziyalı idi, kənd təsərrüfatı elmləri namizədi idi. Natiq Quliyev 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının «Mexanikləşdirmə» fakültəsinə daxil olmuşdur. 1990-cı ildə törədilən Qanlı Yanvar hadisəsindən sonra qardaşı Namiqlə birlikdə işğalçılara qarşı mübarizəyə qalxmışlar. İkisi də Birinci Gəncə batalyonunun tərkibində Çaykənd və Todan kəndləri uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişlər. Natiq Quliyev 12 nəfərlik kəşfiyyat dəstəsinə rəhbərlik etmiş, müntəzəm surətdə könüllülər dəstəsini hərbi texnika ilə təchiz etmişdir. Namiq isə batalyon komandiri olmuşdur.
Növbəti dəfə qardaşlara hərbi komandanlıq tərəfindən çox çətin tapşırıq verilmişdir. Qazax-Ağstafa zonasında rus hərbçiləri tərəfindən partladılmış anbardan silah gətirilərkən onların maşını 84 saylı rus diviziyasının əsgərləri tərəfindən saxlanılmışdır. Erməni gizirinin işarəsi ilə Natiq və Bahadur yerindəcə qətlə yetirilmiş, Namiq isə ağır yaralanmışdı. İgid komandir qara ciyərindən qan axsa da rus-erməni faşistlərinin bir neçəsini öldürə bilmişdi. Namiqi yaralayan rus zabitini öldürən Rafiq Əhmədov yaralı vəziyyətdə hadisə yerindən qaça bilmişdir. Bütün bu deyilənlər onun xatirə dəftərindəndir. Namiq və Natiq Quliyev qardaşları 1991-ci il martın 14-də Gəncənin Şəhidlər Xiyabanında yan-yana dəfn olunmuşlar.
Quliyev Natiq Allahverdi Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.