Ağa Qocayev 1960-cı il avqustun 15-də Göygöl rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Ailədə 5 övlad olub, Ağa ailənin ikinci övladı olmuşdur. Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978-1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur.
Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi.
Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Könüllü olaraq döyüşlərdə iştirak etmişdir. 181 saylı hərbi hissədə sürücü idi. Bir neçə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. Ona verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və layiqincə yerinə yetirərdi. Ağdam, Füzuli, Tərtər, Ağdərə döyüşlərində iştirak etmişdir. Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Qocayev Ağa Ağası Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.