Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qocayev Anar Aslan Oğlu
  • Doğum Tarixi: 17.12.1976
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir. Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş, küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş. Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir. Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır. Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir.
Qocayev Anar Aslan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş