Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abdullayev Ələmdar Abdulla Oğlu
  • Doğum Tarixi: 25.07.1955
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Abdullayev Ələmdar Abdulla oğlu 25 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Kilsə kəndində anadan olmuşdur. Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. O, hərbidən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq o, üç övladı ilə birlikdə Gəncə şəhərinə pənah gətirmişdir. Ələmdar Abdullayev bir müddət İstilik Mərkəzində işləmişdir. Azğın ermənilər Murov və Çaykənd bölgəsində at oynadanda o, haqsızlıqlara dözə bilməyib könüllü surətdə cəbhəyə getmiş, 709 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Buzluq, Mənəş, Todan, Çaykənd döyüşlərində böyük hünər göstərmişdir. Sonradan onu bir neçə nəfər bacarıqlı döyüş yoldaşları ilə birlikdə Ağdam və Tərtər rayonlarının müdafiəsinə yollamışlar. Ələmdar Abdullayev 13 avqust 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur.
Abdullayev Ələmdar Abdulla Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş