Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qasımov Rüzigar İmran Oğlu
  • Doğum Tarixi: 31.12.1956
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rüzigar Qasımov 1956-cı il dekabrın 31-də Gəncə şəhərində anadan olmuşdur. Erkən yaşlarından atasını itirən Rüzigar qardaşı Füzulinin himayəsində böyümüşdür. O, orta təhsilini 8 saylı orta məktəbdə almışdır. Sonra 1983-cü ildə Baza İnşaat Texnikumunu bitirmişdir. Gəncə Gil-Torpaq kombinatında foto-usta, «Əməkçi» qəzetində foto-müxbir işləmişdir. Jurnalistlər birliyinin üzvü Rüzigar Qasımov müxtəlif yaradıcılıq müsabiqələrinin qalibi olmuşdur. O, 1976-1978-ci illərdə Minsk şəhərində həqiqi hərbi xidmətdə olmuş, kiçik leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Bir müddət ixtisası üzrə çalışmışdır. 1985-1986-cı illərdə Smolensk şəhərində zabit kursunu bitirmişdir.

Erməni qovğası başlanan ilk gündən Könüllü Müdafiə Dəstəsi yaratmışdır. Dəfələrlə Nüvədi kəndinə getmişdir. Gəncəbasarda könüllülərdən ibarət «Boz Qurd», «Oğuz», «Qatır Məmməd» kimi dəstələr yaratmışdı.

Füzuli Qasımov şəhid qardaşı Rüzigar Qasımov haqqında belə deyir: «Leytenant Rüzigar Qasımov «Boz qurd» adlı dəstə yaratmışdı. Gənc komandir yeni yaratdığı dəstə ilə gecə-gündüz səngərlərdə mübarizə aparırdı. Dəstə 12 nəfərdən ibarət idi. Todan və Nüvədinin vətəndaşları Rüzigarla Abbasqulunu özlərinə fəxri vətəndaş seçmişdilər».

O, ağrılı günlərdə bir dəstə nüvədilinin  mətbuatdakı ürək sözlərini indi də yaxşı xatırlayıram: Rüzigargil Gəncədən gələndə elə bildik ki, arxamızda  dağ yaranıb, onlar kəndimizə hərbi qüvvə gətirdilər. 

2 aylıq «səfərdən» qayıdan kimi evdə otura bilmədi. O günü Rüzigarın düz-əməlli üzünü görmədik. Bir stəkan çay içib birbaş Todana yollandı.
1990-cı il yanvarın 12-də   axşamüstü acı xəbər bütün gəncəni sarsıtdı. Rüzigar Qasımov, Abbasqulu Məmmədov və Bəxtiyar Əliyev qəhrəmancasına həlak olmuşdurlar. Beləcə, ölkədə ilk şəhid yaraları Gəncəbasar elinə vuruldu. Gəncə şəhəri təlatüm içində idi. Bir ara meyitləri tapa bilmədilər.

1990-cı il yanvarın 14-ü gününü Gəncəlilər yaxşı xatırlayırlar. Qədim şəhərin küçələri ilə, dolanbac yollarla, baş meydandan məzarlığa qədər olan yollarda üç nakamın cənazəsi qara bayraq kimi əllər üzərində gəzirdi».

Rüzigar Qasımov ailəli idi. Aysel adlı bir qızı yadigar qalmışdı. Şəhərin küçələrindən biri Rüzigarın adını daşıyır. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 1990-cı ildə məzarının üstündə tuncdan büstü qoyulmuşdur. 2000-ci ildə isə mərhumun ruhuna yüksək hörmət əlaməti olaraq yaşadığı Dədə Qorqud küçəsində anasının və qardaşlarının təşəbbüsü ilə gipsdən «Rüzigar bulağı» xatirə kompleksi düzəldilmişdir. Hər iki abidə heykəltaraş Məşdi Rüstəmzadənin rəhbərliyi ilə təmənnasız inşa edilmişdir.

Mərhumun qardaşı Füzuli Rüzigarın sifarişi ilə Leninqrad Rəssamlıq Akademiyasının məzunu, tanınmış istedadlı rəssam Faiq Abdullayev 1990-cı ildə 125 sm x 155 sm ölçüdə kətan üzərində yağlı boya ilə «Rüzigar» portreti çəkmişdir. Şəkildə 3 Rüzigar təsvir olunmuşdur:

özü – dünəni;
suyun içərisində-şəhidliyi,
daşlaşmış forması – əbədiliyi ifadə edir.

1991-ci ilin oktyabrında Gəncə şəhər Siyasi-Maarif evində keçirilən sərgidə Respublika Mədəniyyət Fondunun yüksək qiymətləndirdiyi həmin portret müəllifi Faiq Abdullayev tərəfindən mərhumun anası Sakit Əliyevaya təmənnasız olaraq hədiyyə edilmişdi.

Haqqında 3 poema (Musa Sadigin «Rüzigar», Qədir Nüvədilinin «Rüzigar bulağı», Lətif Zərgərin «Şəhid oğlumuz»), yüzlərlə bədii əsər, bir neçə tişə və rəsm əsərləri, o cümlədən unudulmaz mahnılar bəstələnib. Onlardan birinin sözləri Qədir Nüvədilinin, musiqisi isə Yaşar Həsənovundur. Qardaşı Füzuli Rüzigar «Rüzigarlı Rüzigarsız dünyam» xatirə-romanını yazmışdır. Hal-hazırda Füzuli Rüzigarın təsisçisi və baş redaktoru olduğu «Rüzigar» qəzeti 2006-cı ildən etibarən Respublikanın bütün rayonlarında yayılır.
Qasımov Rüzigar İmran Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş