Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qasımov Elçin Telman Oğlu
  • Doğum Tarixi: 20.08.1971
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Qasımov Elçin Telman oğlu 20 avqust 1971-ci ildə Qərbi Azərbaycanın  Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Elçin Qasımov 1988-ci ildə Güllübulaq kənd orta məktəbinin 11-ci sinfini bitirmişdir. 1989-cu ildə o, ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşlər. Elçin Qasımov 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, sovet ordusu sıralarında xidmət edib 1989-cu ildə Gəncə şəhərinə qayıtmışdır. Erməni faşistlərinin Azərbaycan torpaqlarına olan iddiaları hər an Elçini narahat etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra o, evində rahat otura bilməyib Qarabağın müdafiəsinə yollanmışdır. Elçin Qasımov iki ilə yaxın bir müddət ərzində Ağdərə bölgəsində yağı düşmənə qarşı qəhrəmanlıqla vuruşmuş, komandirləri tərəfindən verilmiş döyüş tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirmişdir. Döyüşçü dostlarının dediklərinə görə Elçin çox cəsarətli əsgər olmuş, erməni dilini yaxşı bildiyinə görə dəfələrlə ən çətin tapşırıqları yerinə yetirmişdir. Hətta göstərdiyi igidliyinə görə əsgər yoldaşları arasında «əjdaha» ləqəbi ilə   çağırılmışdır. Qasımov Elçin Telman oğlu 18 aprel 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Qasımov Elçin Telman Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş