Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qafarov Elxan Aydın Oğlu
  • Doğum Tarixi: 21.05.1962
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Elxan Qafarov 1962-ci il mayın 21 də Gəncə şəhərində anadan olmuşdur. 1979-cu ildə Gəncə şəhər 25 saylı orta məktəbi bitirmişdir. Elxan 1979-cu ildə hərbi komissarlıq tərəfindən avtomobil sürücülüyü məktəbinə göndərilmişdir.

Elxan Qafarov 1982-ci ilin noyabrınadək Sovet ordusu sıralarında qulluq etmişdir. Hərbi xidməti bitirdikdən sonra Elxan 1984-1987-ci illərdə Orta Asiyada neft-qaz kəmərləri idarəsində işləmişdir. Elxan 1987-ci ildə vətənə qayıtmışdır. Elxan Qafarov 1988-ci ilin iyununda  ailə həyatı qurmuşdu. Üç uşaq atası idi. Qaçqınlar cəmiyyətinin nəzdində olan «Şəhriyar» kooperativində işləyirdi. Elxan Aydın oğlu Qafarov 1992-ci il martın 25-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Fövqəladə Müdafiə Qərargahında xidmət etmişdir. Çox savadlı və səbirli bir hərbçi idi. Döyüş dostları arasında böyük hörməti var idi.

Elxan Aydın oğlu Qafarov 1992-ci ilin  aprelin 22-də Goranboy rayonu ətrafında gedən qızğın döyüşlərin birində həlak olmuşdur. Məzarı Gəncə  Şəhidlər Xiyabanındadır. Yaşadığı küçədə xatirə lövhəsi asılmış, adına bulaq açılmışdır. Oxuduğu 25 №-li məktəbdə şəkli vurulmuşdur.
Qafarov Elxan Aydın Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş