Qafari Rizvan Yavər oğlu 1968-ci il yanvarin 8 de Gəncə şəhərində anadan olmusdur. Ziyalı ailəsində anadan olmusdur. Ailənin ilk övladı idi, özundən başqa 2 qardaş və 1 bacısı var.
Rizvan Qafari 40 sayli tam orta məktəbdə oxumuşdur. Məktəbdə oxuduğu illər ərzində idmana böyük maraq göstərmişdir. Beləki, "Dinamo" idman cəmiyyətində sərbəst güləş idman növü ilə məşğul olmuşdur. Dəfələrlə Respublika güləş turnirlərində yüksək kürsülərə layiq görülmüsdür.
SSRİ - idman ustalığına namizəd idi. Qafari Rizvan 1986-1991 ci illerde Gəncə şəhəri Dəmir Yolu Stansiyasinda operator vəzifəsində işləmişdir. Calışdığı müddətdə SSRİ ordu sıralarına hərbi xidmətə cağırılmış və daxili qoşunlarda əsgərlik müddətini başa vurmuşdur. Hərbi xidməti SSRİ-nin Perim şəhərində keçmişdir.
Rizvan Qafari 26 fevral 1992 ci il Xocalı soyqırımına dözməyərək 1992-ci ilin martinda Milli ordu sıralarına qoşulmuşdur. Bir necə kəndin müdafiəsində iştirak etmiş, Ağdərə rayonunun azad olunmasinda xüsusi fəallıq göstərmişdir. Gənc döyüşçünün hərb tarixində böyük uğurları olsada döyüş yolu qısa olmuşdur. 29 iyun 1992-ci ildə Ağdərənin Həsənqaya kəndi uğrunda gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. Rizvan Qaffari 1992 il iyulun 3-də Gəncə şəhər Şəhidlər Xiyabaninda dəfn edilmişdir.
Qafari Rizvan Yavər Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.