Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abdiyev Cəbrayıl Əli Oğlu
  • Doğum Tarixi: 01.06.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Abdıyev Cəbrayıl Əli oğlu 1 iyun 1968-ci il tarixdə Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. 1988-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərinə gəlib Xalça kombinatında toxucu vəzifəsində işləmişdir. 18 mart 1992-ci il tarixdə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 773 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. O, ilk dəfə düşmənlə Ağdam cəbhəsində üz-üzə gəlmiş, Fərrux dağında gedən döyüşlərdə öz gücünü göstərmişdir. Müşfiq Adıgözəlov bundan sonra daha bir neçə dəfə döyüş əməliyyatlarında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişdir. Göstərdiyi igidliyinə görə şəxsi heyətin böyük hörmətini qazanmış, PDM sürücü-mexaniki kimi Laçın, Turşsu istiqamətlərində gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdur. Sur kəndi uğrunda gedən döyüşlərdə Cəbrayıl Abdıyevin idarə etdiyi avtomobil ciddi zərbə alsa da o, cəld tərpənərək avtomat silahı ilə ona tərəf yaxınlaşan erməni işğalçılarını susdura bilmişdir. 28 iyun 1992-ci il tarixdə Hadrut deyilən yerdə   növbəti döyüş tapşırığını yerinə yetirərkən idarə etdiyi avtomobilin bütün ekipajı bütövlükdə həlak olmuş və bir ekipajda olan döyüş dostları ilə birlikdə Abdıyev Cəbrayıl Əli oğlu da şəhidlik zirvəsinə ucalmışdır. Onun meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Abdiyev Cəbrayıl Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş