Kərimov İlqar Becan oğlu 15 dekabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, ilk təhsilini 8 saylı orta məktəbdə alsa da 4-cü sinfi bitirdikdən sonra təhsilini 38 saylı orta məktəbdə davam etdirmiş və həmin məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsilini 15 saylı texniki-peşə məktəbində davam etdirmiş və rəngsazlıq peşəsinə yiyənlənmişdir. İlqar Kərimov eyni zamanda Mahrasa bağında yerləşən Poçt məntəqəsində poçtalyon vəzifəsində də işləmişdir. O, 1984-1986-cı illərdə Stavropol şəhərində həqiqi hərbi xidmətdə olmuş, göstərdiyi xidmətinə görə bir neçə dəfə təşəkkürnamələr almışdır. İlqar Kərimov qayıtdıqdan sonra uzun müddət «Xan bağ»ında mühafizəçi işləmişdir. Kərimov İlqar Becan oğlu erməni faşistlərinin törətdikləri vəhşiliklərə dözə bilməyib 27 iyun 1993-ildə könüllü olaraq silaha sarılıb cəbhəyə yollanmış, əvvəlcə Seyfəli poliqonunda 2 ay xidmət keçdikdən sonra Ağdam rayonuna göndərilərək 190 saylı hərbi hissənin tərkibində snayperçi vəzifəsində xidmət etməyə başlamışdır. O, səngərdə tutduğu postunda həmişə ayıq olmuş, ermənilərin olduqları yerləri dəqiq müəyyən edərək komandanlığa məlumat vermişdir. Dəfələrlə sərhəddi keçməyə çalışan erməniləri snayperlə məhv etmişdir. Kərimov İlqar Becan oğlu 2 dekabr 1993-cü ildə Ağdam rayonu uğrunda gedən ağır döyüşlərin birində həlak olmuş, meyiti Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Kərimov İlqar Becan Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.