Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Kazımov Oqtay Çingiz Oğlu
  • Doğum Tarixi: 11.10.1958
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Oktay Kazımov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1965-ci ildə Gəncə şəhər 16 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə SSR silahlı qüvvələrinə hərbi xidmətə çağrılmışdır. Oktay 1980-ci ildə Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun inşaat fakültəsinə daxil olmuşdur. 1985-ci ildə 101 nömrəli tikinti - quraşdırma idarəsində əvvəl quraşdırma sahəsində usta, iş icraçısı, bir müddət sonra isə texnoloji-konstruksiya şöbəsinin rəisi, baş iş icraçı işləmişdir.

Oktay Gəncə rabitə istehsalat birliyində mühəndis - konstruktor vəzifəsində də işləmişdir.

Oktay Kazımov 1993-cü ildə iyunun 23-də Nizami Rayon Hərbi komissarlığı tərəfindən səfərbərliyə alınmışdır. Leytenant vəzifəsində ximət edən O. Kazımov bir sıra hərbi uğurlar qazanmışdır.
O, Ağdərə, Ağdam, Kəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 701 saylı hərbi hissədə xidmət edən Leytenant Kazımov tez bir zamanda hərbi hissənin hörmətini qazanmışdır.
O, kimya hazırlıq bölməsinin rəis müavini idi. Oktay Çingiz oğlu Kazımov 1994-cü ildə fevralın 15-də Kəlbəcər rayonu uğrunda gedən qızğın döyüşlərdə itkin düşərək, şəhid olmuşdur.

Ailəli idi, İki qız övladı var.
Kazımov Oqtay Çingiz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş