Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsrafili Həsən Hüseyn Oğlu
  • Doğum Tarixi: 06.03.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsrafili Həsən Hüseyn oğlu 6 mart 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1976-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və 1978-ci ildə xidmətdən qayıtmışdır. Həsən İsrafili Qarabağ uğrunda gedən döyüşlər baş verəndə  evdə rahat otura bilməmiş, hər dəqiqə cəbhəyə yolanmağa can atmışdır. Nəhayət, 6 iyun 1992-ci ildə könüllü olaraq cəbhəyə getmiş, 123 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. Həsən İsrafili qorxmaz, döyüş zamanı həmişə öndə gedən, dəfələrlə əsgər yoldaşlarını mühasirədən azad edən qəhrəman olmuşdur.

İsrafili Həsən Hüseyn oğlu 19 iyun 1992-ci ildə Ağdam rayonunun Xanabad kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Döyüş dostlarından biri deyir ki, «o, bizim komandirimiz idi. Bir cox döyüşlərdə iştirak etmişik. Axırıncı əməliyyatımız isə Ağdamda oldu. İyunun 18-də Həsən evə getməliydi, getmədi. Bizimlə birgə kəşfiyyata yollandı. Qəfildən düşmənlə üz-üzə gəldik. Komandir bizə geri çəkilmək əmrini verib özü qabaqdakı təpəyə qalxdı. Döyüş səngiyəndən sonra hey axtarsaq da Həsəndən xəbər verən olmadı». Kəpəz Rayon Məhkəməsinin 2-5422999 nömrəli qətnaməsinə əsasən İsrafili Həsən Hüseyn oğlu ölmüş elan edilmişdir.     
İsrafili Həsən Hüseyn Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş