Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abbasov Müşfıq Cəbrayıl Oğlu
  • Doğum Tarixi: 28.01.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Müşfiq Abbasov 1973-cü il yanvarın 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 27 saylı orta məktəbdə təhsil almış, Avtonəqliyyat texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. Həqiqi hərbi xidmətini uzaq Şərqdə, Vladivostokda keçirmişdir.

Azərbaycanın başı üstünü qara buludlar alan zaman Müşfiqin ürəyi durmamış, 1993-cü il fevral ayının 1-dən etibarən könüllü olaraq milli orduya yazılmışdır. 701 saylı hərbi hissədə sıravi atıcı olmuşdur.  Ağdərə və Vaqauz uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə xüsusi fədakarlıq göstərən Müşfiq Abbasov erməni qəsbkarlarının hiyləsi ilə Yanşaq-Buzlaq yaxınlığında 4 gün mühasirədə qalan dəstənin 6 üzvünü xilas edə bilmişdir.

Abbasov Müşfiq Cəbrayıl oğlu 1993-cü il yanvarın 28-də 20 yaşı tamam olan günü şəhid olmuşdur. Bitirdiyi 27 saylı məktəbin həyətində Müşfiq Abbasovun xatirəsinə ehtiram olaraq Şəhidlik bulağı tikilmişdir.
 
Abbasov Müşfıq Cəbrayıl Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş