Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsmayılov Nəsib Səməd Oğlu
  • Doğum Tarixi: 01.08.1962
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Nəsib İsmayılov 1962-ci il avqust ayının 11-də anadan olmuşdur. O, orta təhsilini 2 saylı orta məktəbdə almışdır. Nəsib çox bacarıqlı və təmkinli bir gənc idi. Uşaqlıqdan idmanla məşğul olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirən Nəsib tarix fənnindən bir neçə dəfə respublika olimpiadalarının qalibi idi. Müəllim kollektivinin fəxri idi. 1980-1982-ci illərdə Sverdlovs vilayətinin Serov şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1983-cü ildə Çingiz İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur, 1988-ci ildə həmin institutun mühəndis-mexanika fakültəsini bitirmişdir. İnstitutu bitirən kimi gənc mütəxəssis olaraq Gəncə Avtomobil zavoduna göndərilmişdi.1989-cu ildə ailə həyatı qurmuşdur.

Nəsib İsmayılov 1993-cü il oktyabrın 16-da könüllü olaraq Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 3 ay Bakı şəhər Pereküşkül hərbi təlim mərkəzində təlim keçdikdən sonra Ağdam rayonuna göndərilmişdi.168 saylı hərbi hissənin tank batalyonunda tağım komandiri vəzifəsində döyüşmüşdü. Yüksək döyüş qabiliyyətinə malik idi. Hücum vaxtı hər an öndə olardı. 168 saylı hərbi hissə ləğv olunduqdan sonra 190 saylı hərbi hissənin tank batalyonunda yenə tağım komandiri kimi xidmət etmişdi. Döyüş dostları arasında böyük hörməti vardı.

Nəsib Səməd oğlu İsmayılov 1994-cü il aprel ayının 19-da Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən qanlı döyüşlərdə itkin düşmüşdür. Ailəli idi. 3 övladı var.
İsmayılov Nəsib Səməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş