Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsmayılov Zülfüqar Əli Oğlu
  • Doğum Tarixi: 31.08.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsmayılov Zülfüqar Əli oğlu 31 avqust 1973-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. O, Böyük Məzrə kənd orta məktəbinin birinci sinfinə getsə də, məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirmişlər. Zülfüqar İsmayılov təhsilini Gəncə şəhəri 13 saylı orta məktəbdə davam etdirmişdir. O, orta məktəbi bitirdikdən sonra «Emin» kooperativində əmək fəaliyyətinə başlamış, təxminən bir ilə yaxın orada işlədikdən sonra 5 iyul 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 002 saylı hərbi hissənin tərkibində Sırxavənd, Drambon, Vaquas kəndləri, həmçinin Qozlu körpü uğrunda gedən döyüşlərdə böyük hünərlə xidmət göstərmişdir. Drambon uğrunda gedən qızğın döyüşlərin birində sol ayağından yaralansa da, geri çəkilməyən həmyerlimiz elə cəbhədəcə ayağını orada xidmət göstərən həkimlərə sarıtdıraraq xidmətini davam etdirmiş, düşmənin silahlı qüvvələrinə ağır zərbələr endirmişdir. Lakin İsmayılov Zülfüqar Əli oğlu 11 fevral 1993-cü ildə düşmən snayperindən açılan güllənin qurbanı olmuş, meyiti Gəncə şəhərinə gətirilərək Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
İsmayılov Zülfüqar Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş