Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsmayılov Elşən Misir Oğlu
  • Doğum Tarixi: 07.05.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsmayılov Elşən Misir oğlu 7 may 1972-ci il tarixdə Özbəkistan Respublikasının Nəvai şəhərində anadan olmuşdur. Elşən İsmayılov 4 yaşında ikən ailəsi Gəncə şəhərinə köçmüş və o, 77 saylı texniki-peşə məktəbini bitirmişdir. Elşən İsmayılov 1992-ci il ilin may ayında Nizami Rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 701 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. O, sıravi əsgər kimi xidmət göstərsə də, tez bir zamanda əsgər yoldaşlarının hörmətini qazanmış, komandirləri tərəfindən ona verilmiş döyüş tapşırıqlarını layiqincə həyata keçirmişdir. Elşən İsmayılov erməni dilini bildiyinə görə rabitəçi vəzifəsində xidmət göstərmiş, bir neçə dəfə erməni xətlərinə daxil olaraq onların danışıqlarına qulaq asmış, düşmənlərin mühüm əməliyyat həyata keçirmələri barədə komandirinə məruzə etmişdir. 701 saylı hərbi hissənin rəhbərliyi tərəfindən dəfələrlə Elşənin validyenlərinə yüksək səviyyədə xidmət göstərdiyinə görə təşəkkürnamələr göndərilmişdir. İsmayılov Elşən Misir oğlu 13 fevral 1994-cü il tarixdə Murov dağında gedən döyüşlərdə itkin düşmüş, 2004-cü ildə 2-1336 nömrəli iş üzrə ölmüş hesab edilmiş və ona 112380 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.      
İsmayılov Elşən Misir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş