İsgəndərov Elşən Mərkəz oğlu 1965-ci il noyabrın 6-da Gəncə şəhərində doğulmuşdur. O, Nəsimi adına 44 nömrəli tam orta məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Gəncə-Avtomobil zavodunun təməli qoyulanda təcrübə keçmək üçün Moskva şəhərində yerləşən Lixaçov adına zavoda getmişdir. Elşən İsgəndərov Moskva şəhərindən qayıtdqdan sonra bir müddət Cihazqayırma zavodunda işləmişdir. 1990-cı illərdə ölkəmizdə baş verən hadisələr hər bir vətəndaşımız kimi onu da narahat edir. Elşən İsgəndərov erməni faşistləri tərəfindən törədilmiş Xocalı faciəsindən sonra dözə bilməyib öz istəyi ilə 01 noyabr 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanmış, 703 saylı hərbi hissənin tərkibində Ağdərə, Kəlbəcər, Laçın, Ağdam bölgəsində vuruşmuşdur.
Döyüşlərin birində yanında mərmi partlaması nəticəsində yaralanır. Müalicə aldıqdan sonar yenidən “Kəpəz” könüllülər batalyonuna yazılır. Bütün silahlardan məharətlə istifadə etməyi bacaran Elşən İsgəndərov Ağdam rayunu istiqamətində bir neçə uğurlu döyüş kəşfiyyatında iştirak edib. Döyüş yoldaşının dediklərindən:
“Ağdərədəki 680 saylı yüksəklik uğrunda 3 ay idi ki, qızğın döyüş gedirdi. Həmin yüksəkliyi almaq çox çətin idi. Növbəti döyüşdə Elşən silahı ilə düşmən mövqeyini susdurur və həmin yüksəkliyin alınmasına nail olur. Elşən həm kəşfiyyata gedir, həm mövqelərdə dayanır, həm də döyüşürdü. Onun Vətəni, torpağı canından çox sevməsi bütün döyüş yoldaşlarının dilinin əzbəridir”.
“1994-cü il yanvar ayının 2-də Elşən gecə kəşfiyyatda olur. Yanvarın 3-ü rota əməliyyata getməyə hazırlaşır. Elşən gecə kəşfiyyatdan gəlməsinə baxmayaraq, onun adınında siyahıya salınmasında israr edir. Silahını götürərək, növbəti yüksəklik uğrunda döyüşə qatılır. Qeyri-bərabər döyüşdə bizim əsgərlər mühasirəyə düşür. Bu zaman Elşən bütün təhlükəni öz üzərinə götürərək tək başına mənfur düşmənlə üz-üzə 25 dəqiqə vuruşur və 27 nəfər yaralının mühasirədən çıxmasına nail olur. Biz döyüş bölgəsindən uzaqlaşarkən uzun müddət silah səsi kəsilmədi. Elşən düşmənlə tək başına vuruşaraq şəhadətə qovuşdu. Azğın düşmən Elşəni vəhşicəsinə öldürür və cəsədini yandırdı”.
İsgəndərov Elşən Mərkəz oğlu böyük igidlik göstərərək, 3 yanvar 1994-cü ildə şəhidlik zirvəsinə yüklənir. Döyüş yoldaşları 3 gün sonra onun şəhid oldğu yüksəkliyə hücum edərək Elşənin nəşini oradan çıxarırlar. O, 1994-cü il yanvarın 7-sində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunur.
İsgəndərov Elşən Mərkəz Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.