Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsayev Natiq Aydın Oğlu
  • Doğum Tarixi: 11.04.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsayev Natiq Aydın oğlu 11 aprel 1968-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. O, 20 nömrəli orta məktəbi bitirdikdən sonra 1986-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və uzaq Kamçatkada qulluq etmişdir. 1988-ci ildə Natiq İsayev hərbidən qayıtdıqdan sonra Taxıl Məhsulları Kombinatında əmək fəaliyyətinə başlamışdır. O, diqqətliliyi və bacarığı ilə kollektiv aarsında böyük hörmət qazanmışdır. 1993-cü il oktyabr ayının 30-da Respublika prezidentinin xalqa müraciətindən sonra Natiq İsayev öz təşəbbüsü ilə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmış və Beyləqan rayonu ərazisində yerləşən 181 saylı hərbi hissədə xidmətə başlamışdır. Çıldıran və Drambon kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük igidlik göstərmiş, döyüş yoldaşlarını dəfələrlə mühasirədən azad edərək düşmənin silahlı qüvvələrinə ciddi zərbələr endirmişdir. 11 yanvar 1994-cü ildə İsayev Natiq Aydın oğlu Ağdərə uğrunda gedən qızğın döyüşlərdə düşmən gülləsinə tuş gələrək həlak olmuş və Gəncə şəhərinə gətirilib Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İsayev Natiq Aydın Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş