İmanov Əfqan Nazim oğlu 25 sentyabr 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Əfqan İmanov Daşkəsən rayonunda S.Vurğun adına orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və iki il Kalininqrad şəhərində xidmət etmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərinə gəlmiş və özünə məxsus olan «Ural» markalı avtomobili ilə sürücülük etmişdir. 1992-ci ilin iyun ayında Nizami Rayon Hərbi Komissarlığı tərəfindən Əfqan İmanov əsgərliyə çağırılmışdır. Əfqan İmanov idarə etdiyi «Ural» markalı avtomobili ilə silah-sursat daşımaq məqsədilə cəbhəyə yollanmışdır. Əfqan İmanov ailə qurmamış, öz avtomobili ilə Ağdam, Tərtər, Goranboy rayonlu ərazisində gedən müharibə ocaqlarına dəfələrlə silah-sursat daşımış, tağım komandirinin müavini vəzifəsində çalışmışdır. 4 sentyabr 1993-cü il tarixdə Əfqan İmanov özünə məxsus «Ural» markalı avtomobili ilə əsgər yoldaşı Zakirlə birlikdə Goranboy rayonunun Gülüstan qəsəbəsinə silah-sursat aparan zaman ermənilərin atdıqları top mərmisinə tuş gəlmiş və Əfqanın avtomobili tikə-parça olmuşdur. 5 sentyabr 1993-cü il tarixdə İmanov Əfqan Nazim oğlunun meyiti Gəncə şəhərinə gətirilərək ailə üzvlərinə təhvil verilmiş və həmin gün də Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əfqan İmanov və onun əsgər yoldaşı Zakirin şərəfinə Goranboy rayonunun Gülüstan qəsəbəsində kənd sakinləri tərəfindən hadisənin baş verdiyi yerdə xatirə bulağı inşa edilmişdir.
İmanov Əfqan Nazim Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.