İbrahimov Rövşən Əlövsət oğlu 1972-ci il iyunun 15-də Gəncə şəhəri M.S.Ordubadi küçəsindəki 96 nömrəli evdə anadan olmuşdu. 6 nömrəli məktəbi bitirmişdi. «Ehtiyat əmək qüvvələri» cəmiyyətində boks bölməsinə getmişdi. Bir neçə dəfə Moskva, Leninqrad və Bakıda yarışlarda iştirak etmiş, böyük müvəffəqiyyətlər qazanmışdı. 1990-1992-ci illərdə Rusiyanın Vaskrisenski şəhərində hərbi xidmətdə olmuşdu.
Avtomexanika texnikumunu bitirmişdi. 1993-cü ilin fevralın 27-də Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 703 saylı Gəncə batalyonunda xidmət etmişdi. Sıravi atıcı idi. Kəşfiyyatçı İbrahimov Ağdərədə bir sıra kəndlərin düşməndən təmizlənməsində fəal iştirak etmişdi. Rövşən İbrahimov bir neçə dəfə düşmən tərəfə keçərək, bəzi hərbi sirləri öyrənib geri qayıtmışdı.
Cəbhəyə gəldiyi düz üç aydan sonra, yəni mayın 27-də Maqagiz kəndi ətrafında növbəti kəşfiyyat zamanı düşmən gülləsinə tuş gəlmişdi. Mayın 30-da Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdu.
İbrahimov Rövşən Əlövsət Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.