Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İbrahımov Elxan Kazım Oğlu
  • Doğum Tarixi: 02.01.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İbrahimov Elxan Kazım oğlu 2 yanvar 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 27 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Elxan İbrahimov 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 709 saylı hərbi hissənin əsgəri olmuş, Drambon, Çıldıran, Sırxavənd, Ortakənd əməliyyatlarında böyük igidlik göstərmişdir. Komandiri tərəfindən dəfələrlə ona tapşırılmış döyüş tapşırığını layiqincə yerinə yetirmişdir. Elxan İbrahimov Füzuli rayonunda 36 nəfərlə dörd gün mühasirədə qalmış, qızğın atışma nəticəsində mərdiklə mühasirəni yarsa da, yaralanan Elxan İbrahimov ağır vəziyyətdə Gəncədə yerləşən hərbi hospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə yollanmışdır. Əsgər yoldaşları ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparmışdır. Döyüş dostlarının bildirdiklərinə görə Elxan İbrahimov Ballıqaya adlanan ərazidə erməni qəsbkarlarının atdıqları erməni gülləsi nəticəsində hər iki ayaqlarından yaralanmış, sürünə-sürünə gedib yaxınlıqdakı ot tayasında gizlənən qəhrəmanımız 6 nəfər erməni quldurlarını silahdan atdığı atəşlə məhv etmişdir. Həmin ərazidə gedən döyüş nəticəsində son anda snayperlə vurulan İbrahimov Elxan Kazım oğlunun meyiti bir neçə saat ərzində döyüş gedən ərazidə qalsa da, sonradan azərbaycanlı kəşfiyyatçıların keçirdikləri əməliyyat tədbirləri nəticəsində bölgədən çıxarılaraq Gəncəyə göndərilmişdir. 19 aprel 1993-cü ildə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İbrahımov Elxan Kazım Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş