İbrahimov Elşən Həsən oğlu 11 yanvar 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1976-cı ildə 23 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1976-cı ilin sentyabrında 15 nömrəli peşə məktəbinə daxil olmuş və 1979-cu ildə peşə məktəbini bitirərək qaynaqçı peşəsinə yiyələnmişdir. 1980-ci ildən 1982-ci ilədək SSRİ silahlı qüvvələrinin Xabarovsk vilayətində hərbi xidmət keçmişdir. O, hərbidən qayıtdıqdan sonra 1982-ci ildən 1986-cı ilədək tikinti idarəsində qaynaqçı vəzifəsində işləmiş, 1987-ci ildən 1991-ci ilədək isə Rusiya Federasiyasında olmuşdur. Erməni faşistlərinin törətdikləri Xocalı soyqırımından sonra haqsızlıqlara dözə bilməyən Elşən İbrahimov 1992-ci ildə Rusiya Federasiyasından gəlib könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda müharibəyə qoşulmuş, Ağdərə, Ağdam, Çıldıran, Vəkg kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüş zamanı hər an öndə getmişdir. Elşən İbrahimov 15 oktyabr 1992-ci ildə Sırxavənddə döyüş əməliyyatını yerinə yetirən zaman minaya düşüb ağır yaralanmış, Ağdərə hospitalına gətirilən həmyerlimizin vəziyyəti ağır olduğundan Bakı şəhər hospitalına yerləşdirilmiş və 7 gündən sonra, 22 oktyabr 1992-ci ildə vəfat etmişdir. İbrahimov Elşən Həsən oğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
İbrahımov Elşən Həsən Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.