Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abbasov Şəmil Kamil Oğlu
  • Doğum Tarixi: 22.03.1959
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Abbasov Şəmil Kamil oğlu 1959-cu il mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 4№-li internat məktəbinin 8-ci sinfinədək oxuyan Şəmil 1973-cü ildə 27 saylı texniki-peşə məktəbini bitirmişdir. Gön-dəri məmulatının emalı ixtisasına yiyələnmişdir. Bir müddət ayaqqabı tikiş sexində işləmişdir.

Şəmil Abbasov 1976-1978-ci illərdə Həştərxanda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən Gəncə şəhəri 1 saylı ayaqqabı məmulatları sexində əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildə Şəmil Abbasov ailə həyatı qurmuşdur. Qəlbi hər an vətən harayı ilə döyünən Şəmil Abbasov Dağlıq Qarabağ savaşı başlanan kimi könüllü olaraq cəbhəyə getməsi üçün komissarlığa müraciət etmişdir.

1991-ci il dekabrın 19-da Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdır. 1-ci Gəncə taborunda atıcı idi. Göstərdiyi hərbi şücaətə görə dəfələrlə ruhlandırıcı mükafatlara layiq görülmüşdür. Əsgər yoldaşlarının rəğbətini qazanmışdır. 1992-ci il iyunun 3-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Abbasov Şəmil Kamil oğlunun məzarı Gəncə Şəhidlər Xiyabanındadır. Mərhumun Günay adlı yeganə övladı yadigar qalıb.
Abbasov Şəmil Kamil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş