Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Xəlilov Rauf Adil Oğlu
  • Doğum Tarixi: 22.12.1965
  • Şəhər: Gəncə
  • Dövr: I Qarabağ Müharibəsi
Rauf Adil oğlu Xəlilov 1965-ci ildə Dekabr ayının 22-də Gəncə şəhərində anadan olmuş və Gəncə şəhəri, Kəpəz rayonu, Ağamalıoğlu küçəsi 1 döngə, 8 saylı evdə yaşamışdır. (indiki şəhidin adına verilmiş Rauf Xəlilov küçəsi, 1-ci döngə, 8 saylı ev)

1972-ci ildə  Gəncə şəhəri, Kəpəz rayonu, Şəhriyar adına 40 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1983-cü ildə Gürcüstanın Çexonvali şəhərində hərbi xidmətdə cağrılıb və 1985-ci ildə hərbi xidməti başa vurmuşdur.
1989-cu ildə AzKTA-nın İqtisadiyyat fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. 1992-ci ildə qiyabi şöbəyə keçərək Kənd Təsərrüfatı Birliyi  Avtonəqliyyat birliyində iqtisadçı vəzifəsində işə başlamışdır.

1993-cü il noyabrın 1-də könüllü olaraq cəbhəyə yazılıb. 1994-cü il yanvarın 3-də isə Tərtər, Ağdərə rayonunun Marquşavan, Levonarx  və başqa kəndlərdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsində iştirak edib. Belə döyüşlərin birində iştirak edərkən qəhrəmancasına həlak olmuşdur. 1994-cü il yanvarın 7-də torpağa tapşırılmışdır. 
 
1993-cü ilin sonları idi. Ermənilər torpaqlarımızın xeyli hissəsini zəbt etmişdilər. Rus qoşunları və hərbi texnikası da onlara kömək edirdi. Vəziyyət cox gərgin idi. Ulu Öndərimiz Heydər Əliyevin xalqa müraciətindən sonra Rauf Adil oğlu Xəlilov Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Komissarlığına ərizə ilə müraciət edib konüllü olaraq Milli Orduya yazılır. Onu 703 saylı hərbi hissənin 2-ci bölüyünün 1-ci tağımı üzrə komandir müavini təyin edirlər. Raufun ilk döyüşü Ağdərə rayonunda olmuşdur. Raufun tağımı düşmənə çox ciddi zərbələr vurur. Raufun Sovet Ordusundan topladığı təcrübə burada onun köməyinə gəlir. O Gəncə batalyonunun üzvlərindən Xələfov Rauf İsgəndər oğlu və Əliyev İlqar Zakir oğlunun döyüş meydanında agır yaralandığını görür, həyatını təhlükəyə ataraq onları atəş altından çıxarır vertalyota catdırır və həyatlarını xilas edir. Hər iki döyüşçünün ailə üzvləri bu gündə Şəhid Rauf Adil oğlu Xəlilovu minnətdarlıqla xatırlayırlar.
Rauf Adil oğlu Xəlilov 2 yanvar 1994-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Cəsur döyüşçü bunu adı bir güllə yarası kimi sarıtdırır və döyüşünü davam etdirir. Çox keçməmiş bədənində və qarın nahiyəsində şiddətli ağrılar başlayır. Sonralar aydınlaşır ki, quduzlaşmış ermənilər və onların havadarları hələ 1975-ci ildə Avropada kollektiv təhlükəsizlik müşavirəsinin Helsinki yekun aktında qadağan edilmiş 5.45 güllələrindən istifadə etmişlər. Həmin güllələr bədənin ətli hissələrində və qarın boşluğunda hərəkət edir, qarşısına çıxan orqanları dağıdır.

Hadisələrin canlı iştirakçısı Raufla eyni batalyonda vuruşan Aftandil İdris oğlu Quliyevin dediklərindən: ...Bizim Gəncə batalyonunda 4 tağım vardı. Rauf birinci, mən isə dördüncü tağımda vuruşurdum. Belə bir ənənə var idi. Hər gün bir tağımın əsgərləri səngərdə olar, hücuma keçərdilər. Qalanları isə arxada döyüşə hazır vəziyyətdə dayanardılar. Dekabrın 29 da Rauf komandirdən 5 günlük rəsmi icazə aldı ki, gedib imtahanlarını versin. Son kurs tələbəsi və döyüşçü olduğundan bütün imtahanlarını iki gündə verib qurtaran Rauf evdə qalmayıb cəhbəyə can atır, vaxtından iki gün əvvəl döyüş bölgəsinə qayıdır. Həmin günü 65 nəfər döyüşçü hücuma hazırlaşmışdı. Mən də səngərdə idim. Birdə gördüm ki, Rauf da bizimlədir. Gecə yarısı hücuma keçdik. Səhər saat 5-də biz ermənilərin pozisiyasını (mövqeyini) tutduq. Bundan 2-3 saat sonra ermənilər texnika vasitəsilə bizə hücum etdilər. Əvvəl artilleriya atəş açdı, sonra isə iki BMP ilə üstümüzə şığıdılar. Onların əksəriyyəti hündürboylu, qarapaltarlı idilər. Sonradan bildik ki, onlar xüsusitəyinatlılardır. Bizim texnika köməyimizə gələ bilmirdi. Düşmənlər pozisiyamızı dağıtdılar. Mən səngərdə idim. Yoldaşlarımla 800 metr məsafədə gedən döyüşü ancaq seyr edə bilirdik. Hərəkət etmək mümkün deyildi, 9 nəfərimiz isə ağır yaralandı. Şəhidlərimiz döyüş meydanında qalmışdı. Biz ikinci dəfə hücum edib ermənilərdən xeyli əsgər öldürdük, üç nəfər əsgərimizin meyitini də ala bilmədik, qalanları isə tapılmadı. Düşmənlər bizdən daha çox itki verdilər bəlkə də 30-40 nəfər. Bundan 3 gün sonra Milli Ordunun əsgərləri yenidən düşmənin olduğu əraziyə hücum etdi, onların mövqeyini tutdular, lakin 3 nəfərin o cümlədən igid Raufun meyitini tapa bilmədilər. Yanvarın 6-da Kəşfiyyatçılar geri qayıdarkən kolluqların içərisində nəzəri cəlb etməyən bir ərazidə şəhidimizin cəsədini tapdılar. Həmin vaxt döyüşdə 32 yaralı və 6 şəhid olmuşdur. Onlardan 1-i Rauf Adil oğlu Xəlilov idi. 3(üç) ay 21 gün Torpaqlarımızın azadlığı uğrunda döyüşdə qəhrəmancasına şəhid olan Rauf Adil oğlu Xəlilov 1994-cü il yanvarın 7-də anası Xəlilova Validə Şahvələd qızının istəyi ilə Gəncə şəhəri, İmamzadə qəbirstanlığında torpağa tapşırılmışdır.
Xəlilov Rauf Adil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş