Xasayev Səbuhi Lüdviq oğlu 1963-cü il mayın 15-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Əlaçı olan Səbuhi sinif yoldaşları arasında «milyonçu» deyə çağırılırdı. Səbəbi isə aldığı qiymətlərin hamısının əla olması idi. İdmanı sevirdi. Daşkənd Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnmişdi. Daşkənddə prokuror köməkçisi işləyirdi. Tarixin ağır günlərində Gəncəyə qayıdaraq Qazax hərbi qarnizonunun prokurorluğunda baş müstəntiq vəzifəsində vəzifəsində çalışmağa başlayıb, savadlı, prinsipial, obyektiv hüquqşünas kimi ad çıxartmışdı. Neçə vaxtdan bəri «İlişib qalan» on beş cinayət işinin istintaqını qısa müddətdə uğurla başa çatdırmışdı. Hər yerdə olduğu kimi döyüş bölgəsində də xain, xəbis az deyildi.
1994-cü il martın 29-da leytenant Xasayev Gədəbəy rayonunun Şınıx bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində faciəli surətdə həlak olmuşdu.
Səbuhinin indi özü kimi qoçaq, qorxu bilməz oğlu Elvin adlı övladı böyüyür. Oxuduğu 5 saylı məktəbdə şəhidlər guşəsi yaradılıb. Səbuhinin böyüyüb boya-başa çatdığı küçə isə onun adını daşıyır. Səbuhi Xasıyev ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif olunmuşdu. Azərbaycan prokurorluğunda yaradılan şəhidlər muzeyində Səbuhinin də şəkli asılmışdı. Eynal Əliyevin «Azərbaycan Respublikası Prokurorluğu tarixindən səhifələr» kitabında Səbuhi haqqında yazı və şəkli verilib. Mənzilinin yanında Səbuhi Xasayevin ruhuna hörmət əlaməti olaraq xatirə bulağı çəkilmişdir.
Bu qeydləri verərkən mərhumun anası Qeysun xanımla görüşdük. Qeysun xanım gəlini Ofelyadan, bala yadigarı Elvindən yerdən göyə qədər razılıq etdi. Sonra cəsur qəhrəmanın Tomris qeyrətli anası da bir yanıqlı bayatı çəkdi:
Dağların qalasıyam, Tomrisin balasıyam. Çəkil yolumdan yağı, Mən şəhid anasıyam.
Xasayev Səbuhi Lüdviq Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.