Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov Vitali Məhəmməd Oğlu
  • Doğum Tarixi: 16.05.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov Vitali Məhəmməd oğlu 16 may 1974-cü ildə Qazaxıstan rayonunun Çelinoqrad (indiki Astana) şəhərində anadan olmuş, üç yaşında, yəni 1977-ci ildə atasının işi ilə əlaqədər olaraq Qazaxıstan Respublikasından Azərbaycana gəlib Kəlbəcər rayonunda məskunlaşmışlar. Vitali Hüseynov Kəlbəcər rayonunda 1 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. O, idmanın karate növü ilə məğul olmuş, hətta yaşadığı evin həyətində məşq üçün yer də hazırlayıb hər gün onlarla uşaqlara qeyd olunan idman növünü öyrətmiş, onun tələbələri respublika daxili yarışlarda böyük nailiyyətlər əldə etmişlər. Vitali Hüseynov çox bacarıqlı, savadlı, ailə canlı və vətənini sevən bir gənc olmuşdur. O, həmişə ermənilərə nifrət etmişdir. Vitali Məmmədov vətənin ağrılı-acılı günlərində silaha sarılaraq 1992-ci ildə könüllü olaraq 844 saylı cəbhəyə yollanmış, atıcı vəzifəsində xidmət etmişdir. O, bacarığı və istedadı ilə tez bir zamanda zabit-əsgər heyətinin böyük hörmətini qazanmışdır. 14 iyun 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və Kəlbəcər rayonunda da dəfn olmuşdur.
Hüseynov Vitali Məhəmməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş