Hüseynov Əli Hüseyn oğlu 1961-ci ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuşdur. Sonradan Hadrud rayonunun (DQMV) Salakətin kəndinə köçmüş və orada Azərbaycan dilində məktəb olmadığına görə onu Şuşa şəhərində 1 nömrəli internat məktəbə qoymuşlar. Oranı əla qiymətlərlə başa vuran Əli az sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti Qazaxıstanda keçirən Əli Ali Milis Məktəbinə daxil olmuşdur. Dağlıq Qarabağ hadisələri başlayanda Əli rahat dayana bilməyib Azərbaycana qayıtmışdır. Həmin vaxtlar ermənilər Salakətin kəndində azərbaycanlı ailələrinin evlərini yandırmış və özlərini isə işgəncə ilə öldürmüşlər. Bir müddət öz kəndlərində, sonralar isə 1985-ci ildə Ağdam rayonunun polis şöbəsində polis yoldaşları ilə birlikdə erməni faşistlərinə qarşı döyüşmüş, vətənin azadlığı naminə böyük qəhrəmanlıqlar göstərmişdir. Əli Hüseynov 1987-1992-ci illərdə demək olar ki, bütün döyüş bölgələrində ermənilərə qarşı mübarizə aparmış, yüzlərlə ermənini təkbaşına öldürmüşdür. Əli Hüseynov sərrast atıcı və kəşfiyyatçı olmuş, bir gülləsi belə boşa çıxmamışdır. Döyüşlərdə göstərdiyi igidliyə görə Qarakənd camaatı ona «Koroğlu» adını vermiş, həmçinin Əlinin cəsurluğu haqqında Ağdam camaatı da danışmışdır. 1992-ci il iyul ayının 19-da Fərrux kəndi uğrunda gedən döyüşlərdə Əli Hüseynov unudulmaz qəhrəmanlıq göstərmiş, o, milli bayrağımızı Fərrux dağının başına sancıb geri qayıdarkən minayə düşüb həlak olmuşdur. Beləliklə, Hüseynov Əli Hüseyn oğlu əbədiyyətə qovuşaraq Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Hüseynov Əli Hüseyn Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.