Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov Əli Rəşid Oğlu
  • Doğum Tarixi: 10.01.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov Əli Rəşid oğlu 10 yanvar 1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1989-cu ildə 19 saylı orta məktəbin birinci sinfinə getmiş, həmin məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsilini sürücülük kursunda davam etdirmişdir. Əli Hüseynov 1990-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və Almaniya Demokratik Respublikasında xidmət etmişdir. O, hərbidən qayıtdıqdan sonra Billur zavodunda işləməklə əmək fəaliyyətinə başlamışdır. Əli Hüseynov 23 yanvar 1994-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanaraq 708 saylı hərbi hissənin tərkibində avtomobil bölmə komandiri kimi Milli Orduda xidmət etməyə başlamışdır. Onun Laçın, Beyləqan, Şuşa və Füzuli bölgələrində xüsusi xidmətləri olmuşdur. Əli Hüseynov döyüş tapşırığını yerinə yetirərkən iki dəfə ağır yaralanmış, həkimlərin səyi nəticəsində müalicə olunaraq sağaldıqdan sonra yenidən döyüş bölgəsinə yollanmışdır. O, bacarıqlı, qorxmaz, döyüş zamanı həmişə öndə gedən əsgər olmuşdur. Hüseynov Əli Rəşid oğlu 2 fevral 1995-ci ildə Ağdamın Qaradağlı kəndində gedən qızğın döyüş zamanı aldığı yara ilə əlaqədar olaraq Bakı şəhər hospitalına göndərilsə də, 14 fevral 1995-ci il də həmin hospitalda vəfat etmişdir.
Hüseynov Əli Rəşid Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş