Hüseynov Vüqar Əzim oğlu 1968-ci il mayın 5-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində dünyaya göz açan Vüqar Gəncə şəhər 22 saylı orta məktəbi bitirmişdir. Sonra 27 № peşə məktəbində oxumuşdur. Milli azadlıq hərəkatında iştirak etmişdir.
Vüqar Hüseynov 1986-1988-ci illərdə Rusiya ərazisində 6636 №-li hərbi hissədə xidmət etmişdir. Nümunəvi xidmətinə görə fəxri fərmana layiq görülmüşdü. Hərbidən qayıtdıqdan sonra Çini qablar zavodunda əmək fəaliyyətinə başlamışdır.
Hüseynov Vüqar Əzim oğlu 1992-ci il martın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Vüqar 703 saylı hərbi hissədə vuruşmuşdu. Döyüş yolu çox qısa olmuşdur. Cəmi 5 ay hərbçi olan Hüseynov düşmənə qarşı hazırlanan bir neçə hərbi əməliyyatlarda fəal iştirak etmişdi. Döyüş dostları arasında böyük hörməti vardı.
Hüseynov Vüqar 1992-ci il avqustun 29-da Ağdərə ətrafındakı mühüm döyüşlərdən birində düşmən gülləsinə tuş gəlmiş və mərhum hərbçi 30 avqust 1992-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Hüseynov Vüqar Əzim Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.