Hüseynov İlham Bəhram oğlu 1973-cü il dekabrın 9-da Gəncədə anadan olmuşdur. Kasıb bir ailədə böyüyən İlham çox qabiliyyətli idi. Əvvəlcə energetik, sonra isə televizor ustası peşələrinə yiyələnmişdi. O, bir müddət Xalça-mahud kombinatında elektrik ustası vəzifəsində işləmişdi. Savadlı və səbirli insan kimi tanınan İlham işlədiyi kollektivdə böyük hörmət qazanmışdı.
İlham Hüseynov 1992-ci il fevral ayının 26-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Elə həmin gün Xocalı faciəsi xəbəri İlhama ağır təsir etmişdi. İlham Hüseynov Gəncə şəhər milli batalyonunda xidmət etmişdi. Onun ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. Göstərdiyi hərbi xidmətə görə zabit heyətinin hörmətini qazanan İlhamın ürəyi vətən eşqi ilə alışırdı. İlham Marquşevanda, Kəlbəcər və Murovdağ istiqamətlərində də vuruşmuşdu.
İlham Hüseynov 1992-ci il iyul ayının 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən ağır döyüşlərin birində 41 nəfərlə birlikdə düşmən mühasirəsində qalmış, erməni qəsbkarları tərəfindən güllələnərək cəsədləri yandırılmışdır. İçərisində 41 nəfərin sümükləri toplanmış bir ədəd tabut 22 iyul 1992-ci ildə Gəncə şəhərinə gətirilsə də 41 nəfər şəhidin hər biri Azərbaycanın başqa rayonlarından olduqları üçün həmin tabut Bakı şəhərinə aparılmışdır. Bakı şəhər Şəhidlər Xiyabanında 41 nəfərə aid “qardaşlıq” qəbri düzəldilmiş və həmin məzarın üstündə də 41 nəfərin adları qeyd olunmuşdur.
Hüseynov İlham Bəhram Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.