Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov Nadir Zülfüqar Oğlu
  • Doğum Tarixi: 21.11.1956
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov Nadir Zülfüqar oğlu 21 noyabr 1956-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhəri 20 saylı orta məktəbi bitirdikdən sonra 1983-cü ildə Yüngül Sənaye Texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və Sverdlovsk şəhərində yerləşən Daxili Qoşun Hissələrində qulluq etmişdir. Teatra, səhnəyə böyük marağı olan Nadir Hüseynov hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrında aktyor kimi işləməyə başlamışdır. Nadir Hüseynov 1992-ci ilin oktyabr ayında könüllü olaraq Milli Orduya qoşulmuş, silaha sarılaraq vətənin müdafiəsinə yollanmış və Ağdam batalyonunda döyüşmüşdür. O, döyüş tapşırıqlarını layiqli və vaxtında yerinə yetirmiş, şəxsi heyətin böyük hörmətini qazanmışdır. Hüseynov Nadir Zülfüqar oğlu Ağdam rayonu ətrafında gedən qızğın döyüşlərin birində, 31 yanvar 1992-ci ildə yaralı vəziyyətdə düşmənin əlinə keçmiş, üç günlük dəhşətli işgəncələrdən sonra 2 fevral 1992-ci il tarixdə vəhşicəsinə qətlə yetirilmişdir.
Hüseynov Nadir Zülfüqar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş