Hüseynov Saməddin Fərman oğlu 1973-cü il iyulun 27-də Gəncədə anadan olmuşdur. Saməddin orta təhsilini Gəncə şəhər Yeni Gəncə qəsəbəsindəki 2 nömrəli orta məktəbdə almışdır. Dəfələrlə müxtəlif bilik yarışlarında iştirak etmişdi. Respublika olimpiadalarının fəxri fərmanı ilə təltif olunmuşdu. Saməddin Hüseynov 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Lənkəranda rabitə batalyonunda rabitəçi vəzifəsində xidmət etmişdi. Göstərdiyi hərbi xidmətə görə zabit-gizir heyəti arasında böyük hörmət qazanmışdı. Əsgər yoldaşlarının hər an köməyinə çatan Saməddin hərbi hissənin fəxri fərmanına layiq görülmüşdü.
Saməddin Hüseynov Beyləqan-Ağdam bölgə-sində, xüsusən Şelli kəndinin müdafiəsində əsil qəhrəmanlıq göstərmişdi. Yüksək hərbi xidmətinə görə hərbi hissə komandiri tərəfindən Hüseynovun ailəsinə təşəkkür məktubu göndərilmişdi.
Saməddin Hüseynov 1993-cü ilin qış günlərində Beyləqanda döyüş zamanı dostlarını xilas edərkən yaralanıb, dekabrın 15-də əbədi olaraq gözlərini yummuşdu.
Hüseynov Saməddin Fərman oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Hüseynov Saməddin Fərman Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.