Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həsənov Ceyhun Oruc Oğlu
  • Doğum Tarixi: 22.03.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həsənov Ceyhun Oruc oğlu 1969-cu il martın 22-də Gəncə şəhərində anadan olmuşdur. Əvvəlcə 22 №-li orta məktəbi, sonra 1986-cı ildə 15 saylı texniki peşə məktəbini bitirmişdir. Həm qaynaqçı, həm də sürücü peşəsinə yiyələnmişdi. Bir müddət Dəmir-beton məmulatı zavodunda, sonra isə Abadlaşdırma trestində sürücü işləmişdir. 1987-1989-cu illərdə Amur vilayətində hərbi xidmətdə olmuşdur.

Ceyhun Həsənov 1993-cü ildə  hərbi xidmətə çağırılmış, 709 saylı hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdi. Tərtər-Ağdam döyüş bölgəsində fəallıq göstərmişdi. Göstərdiyi hərbi xidmət   zabit heyəti tərəfindən layiqincə qiymətləndirilmişdir. Gülablı, Selli, Boyəhmədli kəndlərinin müdafiəsində iştirak etmişdi.

Həsənov Ceyhun Oruc oğlu 1993-cü il iyun ayının 24-də Boyəhmədli kəndində şəhid olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Mərhumun doğma mənzilinə xatirə lövhəsi vurulmuşdur. Mərhumun ruhuna hörmət əlaməti olaraq 3 yerdə xatirə bulağı inşa edilib. Şücaətinə görə «İgidliyə görə»   medalı ilə təltif olunmuşdur. Məzarı üzərindəki lövhədə aşağıdakı bir parça şer yazılmışdı.
Həsənov Ceyhun Oruc Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş