Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həsənov Samir Sabir Oğlu
  • Doğum Tarixi: 04.09.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həsənov Samir Sabir oğlu 1974-cü il sentyabrın 4-də Gəncə şəhərində anadan olmuşdur. Samir  orta təhsilini 24 saylı orta məktəbdə almışdır.
Həsənov Samir Sabir oğlu 1992-ci il oktyabrın 2-də həqiqi hərbi xidmətə çağırılmışdır. Samir Ağdam bölgəsində artilleriya batareyasında xidmət etmişdi. 708 saylı hərbi hissənin tərkibində bir çox ağır döyüşlərin iştirakçısı olmuş, dəfələrlə təşəkkür və pul mükafatlarına layiq görülmüşdür. Döyüş dostları arasında böyük hörməti var idi.  Düşmənlərə qarşı hazırlanan hərbi əməliyyatlarda fəal iştirak edirdi. Erməniləri görən gözü yox idi.

1993-cü ildə «Fədailər dəstəsi»nə qoşulmuşdur. Bu dəstədə çox fəal iştirak edirdi. İgid döyüşçü 1993-cü il dekabrın 28-də Ağdam uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdi. Qızğın döyüşdə Samir Həsənov düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdı.

Döyüş dostu mayor Elşad Həsənov deyir ki, Samir ölümdən qorxan oğlan deyildi. Hər tapşırığa həvəslə can atırdı. Ən çox xoşladığı kəlam – «Ya şəhid, ya da qazi olmalıyam» ifadəsi idi.
Həsənov Samir Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş