Həsənov Rəfael Şükür oğlu 27 iyul 1956-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Rəfael orta təhsilini Gəncə şəhər 39 saylı orta məktəbdə almış, 8-ci sinfi bitirdikdən sonra, 1971-ci ildə Rabitə-Sənaye zavodunda əmək fəaliyyətinə başlamışdı. İşləyə-işləyə 9 saylı peşə məktəbinə daxil olmuş, 1974-cü ildə oranı dərzi ixtisası üzrə bitirmişdir. 1975-1977-ci illərdə Polşada hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra yenidən Rabitə zavodunda işləmişdir. 1980-1984-cü illərdə Gəncə Politexnik İnstitutunda oxuyaraq, texnik-metalçı ixtisasına yiyələnmişdir. 1984-cü ildə ailə həyatı qurmuşdur.
Ermənilərin nankorluğu Rəfaili həmişə narahat edirdi. Rəfail Həsənov 1992-ci il oktyabrın 21-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. O, 172 saylı hərbi hissədə baş leytenant kimi xidmət etmişdi. Əsasən Ağdam, Ağdərə rayonu ərazisində vuruşmuşdu. Leytenant Həsənov erməni işğalçılarına qarşı bir neçə dəfə uğurlu hərbi əməliyyatlar hazırlayıb və onun həyata keçməsində yaxından iştirak etmişdir.
Həsənov Rəfael Şükür oğlu 1994-cü il martın 16-də Murovdağ ətrafında gedən ağır döyüşlərin birində həlak olmuşdur. 18 mart 1994-cü ildə gənc leytenant Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Evli idi. 1 qız övladı yadigar qalmışdır.
Həsənov Rəfael Şükür Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.