Həsənov Allahverdi Qurban oğlu 24 mart 1960-cı ildə Göyçə mahalında anadan olmuşdur. O, Cil kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə həqiqi həbi xidmətə çağırılmış və hərbi xidmətini Ukrayna Respublikasında keçmişdir. Allahverdi Həsənovun ən böyük arzusu təyyarəçi olmaq olmuşdur. O, 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olmuşdur. İki övlad atası olan Allahverdi Həsənov 1984-cü ildə Xarkov şəhərində hərbi məktəbə daxil olmuş, oranı əla qiymətlərlə bitirdikdən sonra təyinatla Gəncə şəhərinə göndərilmiş, «AN-2» təyyarəsində mexanik vəzifəsində işləmişdir. Azərbaycanın başı üzərini qara buludlar alanda Alahverdi Həsənov 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmış, 701 saylı hərbi hissənin tərkibində motoatıcı taborunda bölük starşınası kimi xidmət göstərməyə başlamışdır, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə böyük hünər göstərmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur.
Həsənov Allahverdi Qurban Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.