Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həmzəyev Mirnəcəf Müzəffər Oğlu
  • Doğum Tarixi: 29.05.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həmzəyev Mirnəcəf Müzəffər oğlu 1965-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyüyən Mirnəcəf orta təhsilini 6 saylı orta məktəbdə almışdır. Hər an erməni  qəsbkarlarına nifrət etmişdi. Ermənilər Hacıkənd, Murov bölgəsində at oynadanda könüllülərə qoşularaq bir neçə dəfə döyüş bölgəsinə getmişdi.

Mirnəcəf Həmzəyev  1993-cü il fevralın 7-də Nizami Rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətə getmişdi. Tağım komandiri vəzifəsində xidmət etmişdi. Yüksək hərbi xidmətinə görə hərbi hissənin fəxri fərmanına və qiymətli mükafatına layiq görülmüşdü. Döyüş dostları arasında xüsusi hörməti olan gizir Həmzəyev səbirli, bacarıqlı, işində diqqətli bir hərbçi idi.

Həmzəyev Mirnəcəf Müzəffər oğlu 1993-cü il fevralın 10-da Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Aparılan elmi araşdırma nəticəsində məlum olmuşdur ki, mərhumun dəfn edildiyi yer məlum deyil.
Həmzəyev Mirnəcəf Müzəffər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş