Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Heydərov Sahib Zülal Oğlu
  • Doğum Tarixi: 08.03.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Sahib Heydərov 1972-ci il mart ayının 8-də Qazaxıstan vilayətinin Saxan qəsəbəsində anadan olmuşdur. Atası Zülal kişi uzun müddət Qazaxıstanın Şadlinski daş kömür mədənində işləmişdi. Sahibin ailəsi 1980-ci ildə Gəncəyə köçmüşdü. Sahib orta təhsilini 19 saylı orta məktəbdə aldıqdan sonra 1987-ci ildə Gəncə şəhər Maşınqayırma Texnikumuna daxil olmuşdur.

Xocalı faciəsindən sonra vətənin acılarına dözə bilməyən Sahib könüllü olaraq 1992-ci ilin iyununda hərbi xidmətə yollanmışdır. 777 saylı hərbi hissədə xidmət edən Sahib əsgərlik həyatında özünü aktiv və təşkilatçı kimi göstərmişdir. Tez bir zamanda hərbi texnika haqqında müəyyən savada yiyələnən Sahib zabit heyəti və əsgər yoldaşları arasında böyük hörmət qazanmışdı.

Sahib Heydərovun olduğu dəstə 1992-ci il avqustun 20-də Sədərək rayonuna göndərilmiş, gedən gündən döyüşlərdə özünü fəal göstərmiş, verilən bütün tapşırıqları vaxtında yerinə yetirmiş, bütün silahlardan düzgün və bacarıqla istifadə etməyi dərindən öyrənmişdir. Dəfələrdə döyüşdə yaxşı iştirak etdiyinə görə komandirlər tərəfindən təşəkkürnamə almışdır. Sahib Heydərov Sədərəkdən çıxandan sonra 750 №-li alaya göndərilmişdir. Cəsur döyüşçü Şərur rayonunun Cəhazir kəndinin yaxınlığındakı döyüş mövqeyinə göndərildi. Bir müddət burada vuruşan Sahib 1993-cü il iyulun 24-də Əfətli kəndinə dəstəsi ilə  gətirilmişdir. Ağdamda Yusifcanlı və Novruzlu kəndlərinin düşmənlərdən təmizlənməsində  böyük igidlik göstərmişdir. Avqustun 23-də Sahibgilin dəstəsi Füzuli bölgəsinə göndərilir. Burada da bir neçə kəndin azad edilməsində Sahib çox igidlik göstərmiş və komandirlərin dərin hörmətini qazanmışdır.

Sahib Zülal oğlu Heydərov 1993-cü il dekabrın 22-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Heydərov Sahib Zülal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş