Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hacıyev Alim Əjdər Oğlu
  • Doğum Tarixi: 05.06.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hacıyev Alim Əjdər oğlu 1973-cü il iyunun 5-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Alim orta təhsilini Gəncə şəhər 16 saylı orta məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Gəncə Texnologiya Universitetinin 1-ci kursuna daxil olmuşdur. Universiteti əla qiymətlərlə bitirən Alim müəllim kollektivinin böyük hörmətini qazanmışdır.

Alim Hacıyev 1990-cı il «Qanlı 20 yanvar» faciəsindən sonra könüllü olaraq cəbhəyə getmişdi. Gənc hərbçi Hacıyev Şuşa rayonunun Kosalar kəndində təşkil edilmiş «Cavad xan» batalyonunun tərkibinə daxil olmuşdur. Sonralar 740 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Xidmət etdiyi müddət ərzində hərbi hissənin əsgər-zabit heyətinin hörmətini qazanmış, fəxri fərman və qiymətli mükafatlarla təltif olunmuşdur.

Hacıyev Alim Əjdər oğlu 1992-ci il sentyabr ayının 5-də Şuşa rayonunun Gülablı kəndində düşmən gülləsi ilə qətlə yetirilmişdir. Alim Hacıyev Gəncə şəhidlər Xiyabanında dəfn olunmuşdur.
 
Hacıyev Alim Əjdər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş