Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əsgərov Anar Qurban Oğlu
  • Doğum Tarixi: 05.07.1971
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Anar Əsgərov 1971-ci il iyulun 5-də Gəncə şəhərində anadan olmuşdur.   Orta təhsilini 25 saylı məktəbdə almışdır. Çox bacarıqlı və təvazökar gənc idi. Məktəbdə əlaçı şagird kimi tanınırdı. Uşaqlıqdan ermənilərə nifrət etmişdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Gəncə Politexnik İnstitutunda davam etdirmişdir. İdmanla məşğul olan Anar 1990-cı ildə institutda keçirilən boks üzrə yarışın qalibi olmuşdur. O, 1992-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

Anar Əsgərov 1993-cü il martın 4-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. 770 saylı hərbi hissədə vuruşmuşdu. Bir neçə dəfə qızğın döyüşlərdə iştirak etmişdi. Döyüş yolu qısa olsa da, Anar qazandığı hərbi nailiyyətlərə görə hərbi hissənin fəxri idi. Dəfələrlə erməni işğalçılarına qarşı hazırlanmış hərbi əməliyyatlarda  fəal iştirak etmişdi. Hücumda hər an öndə olardı.

Anar Qurban oğlu Əsgərov xidmətə getdiyi gündən 1 il sonra, yəni 1994-cü il martın 3-də Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Əsgərov Anar Qurban Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş