Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əsgərov Mübariz Məmmədəli Oğlu
  • Doğum Tarixi: XX.XX.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əsgərov Mübariz Məmmədəli oğlu 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 37 saylı şəhər orta məktəbində təhsil almışdı. Sonra sürücü ixtisasına yiyələnmişdi. Əsgərov Mübariz 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Mübariz Əsgərov tez bir zamanda hərbi hissədə özünə böyük rəğbət qazanmışdı. Əsgər yoldaşlarının hər an köməyinə çatan Mübariz nümunəvi xidmətə görə hərbi hissə komandiri tərəfindən yeddi günlük məzuniyyətlə təltif edilmişdi. Məzuniyyətdən qayıtdıqdan sonra Mübariz Əsgərov bir neçə dəfə düşmənlə üzləşmişdi. Ağır döyüşlər keçirərək düşmənin silahlı qüvvələrinə ağır itkilər vermişdi.

1992-ci il iyunun 4-də döyüş bölgəsində vəziyyət xeyli ağırlaşdığı üçün «Həyəcan siqnalı» verildi. 22 nəfərdən ibarət dəstə ermənilərlə üzbəüz döyüş xəttinə yollandı. Onların arasında Mübariz də var idi. Dəstə iyunun 20-də Ağdam rayonu Aranzəmin kəndində mühasirəyə düşmüşdü.  Son ana qədər vuruşan Mübariz axırda düşmənə təslim olmamaq üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına şəhid olmuşdur.
Əsgərov Mübariz Məmmədəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş