Əsgərov Arif Nəsib oğlu 1959-cu ildə Gəncəbasar vilayətinin Daşkəsən rayonunun Muşavaq kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətdən qayıdandan sonra ailəsi ilə birgə Gəncəyə köçüb. Arif hərbi xidməti Çita şəhərində keçmişdir. O. Alüminium zavodunda texniki avadanlıq üzrə usta vəzifəsində işləmişdi.
Arif Əsgərov 1993-cü il oktyabr ayının 4-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Baş leytenant Arif Əsəgərov 103 saylı hərbi hissədə bölük komandiri idi. Hərbi hissədə böyük hörməti var idi. Döyüşdə hər an öndə gedərdi. Baş leytenant Əsgərovun bölüyündəki əsgərlər nizam-intizama, səliqə-səhmana görə xüsusilə digərlərindən həmişə fərqlənirdilər. Baş leytenant Əsgərov Güllücə kəndi uğrundakı döyüşlərdə fərqlənmişdi. Düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyatlar hazırlayıb və onların icrasına birbaşa rəhbərlik etmişdi.
Əsgərov Arif Nəsib oğlu 1994-cü il mart ayının 22-də Salahlı kəndində itkin düşmüşdü. Bir oğlu, bir qızı qalmışdır. Arif sonuncu dəfə 1993-cü il dekabrın 31-də oğlu Nəsibin ad günündə evdə olmuşdur. Cəsur döyüşçünün doğmalarının dediyinə görə, hər il dekabrın 31-ni xatirə günü kimi qeyd edirlər.
Əsgərov Arif Nəsib Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.