Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əsədov Elçin Əli Oğlu
  • Doğum Tarixi: 08.03.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Elçin Əsədov 1958-ci il martın 8-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini S.Vurğun adına 44 saylı orta məktəbdə almışdır. Elçin Əsədov 1976-1978-ci illərdə Gürcüstanda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Çini qablar zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə ailə həyatı qurmuşdu.

Elçin Əsədov 1983-cü ildən Xanlar rayonu Səfər Əliyev kəndində dram teatrda və eyni zamanda rayon ansamblında solist kimi işləmişdir. Gözəl səsi olan Elçin müğənnilik sənəti də bacarırdı. O, çox vətənpərvər insan idi.

Elçin Əsədov 1990-cı ildə könüllü olaraq Çaykənd uğrunda gedən döyüşlərə qatılmışdır. Ağır döyüşlərin birində yaralanmış, bir müddət müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanmışdır. Gəncədə siyasi vəziyyət ağır olduğundan Elçin Gəncənin müdafiəsində dayanmışdır. Nəhayət, 1993-cü il iyunun 4-də şəhərdə baş verən qalmaqal nəticəsində qəhrəmancasına  şəhidlik  zirvəsinə   ucalmışdı.

Elçin Əli oğlu Əsədov 1993-cü il iyunun 6-da İmamzadədə dəfn olunmuşdur. Oxuduğu 41 saylı orta məktəbdə şəkili vurulub və ehsan bulağı çəkilmişdi. Şəhidin ruhuna hörmət əlaməti olaraq dostları tərəfindən Sevinc qəsəbəsində xatirə bulağı inşa edilmişdi.
 
Əsədov Elçin Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş