Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Makayev İqor Vladimiroviç
  • Doğum Tarixi: XX.XX.1971
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İqor Makayev 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olumuşdur. Böyük qardaşı Çernobıl qəzasında vəfat etmişdir. İqor əvvəl 29 saylı orta məktəbdə, sonra isə 9 saylı texniki-peşə məktəbində oxumuşdur. Həqiqi hərbi xidmətdə olarkən baş çavuş rütbəsini almışdır.

1992-ci il iyunun 5-də erməni quldurları Naxçıvanikə hücuma keçəndə İqor və onun döyüş dostları kənd məzarlığının yanında mühüm bir postu qoruyurdular. 708 nəfər, o cümlədən bölük komandiri Çingiz Həsənov da bu döyüşdə ağır yaralandı. Dolu kimi yağan düşmən gülləsinə baxmayaraq İqor öz döyüş dostları ilə birlikdə yaralıları atəş nöqtəsindən çıxararaq Ağdamdakı səhra  hospitalına yola salmışdı. Özü isə əlavə qüvvə gələnə kimi postu tutub saxlamışdı. Məhz elə bu rəşadətə görə İqor Vladimiroviç Makayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü (07.06.92).

İqor Makayev Ağdərə uğrunda gedən döyüşlərdə də əsl qəhrəmanlıq göstərmişdir. 1992-ci ilin avqustun 2-də «Nikulin» ləqəbli bir nəfər dostu ilə birlikdə 28 nəfərin həyatını xilas etmişdir. Lakin bu gün İqorun son döyüş günü olmuşdur. Cəsur qəhrəman düşmən gülləsi ilə şəhidlik zirvəsinə yüksəlmişdir.
Makayev İqor Vladimiroviç haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş