Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əmirov İntiqam Sədi Oğlu
  • Doğum Tarixi: 09.08.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əmirov İntiqam Sədi oğlu 9 avqust 1972-ci ildə Qərbi Azərbaycanın Tumanyan rayonunun, Ayrım kəndində anandan olmuşdur. O, 1988-ci ildə Ayrım kənd orta məktəbinə qədəm qoysa da məlum hadisələrlə əlaqədər olaraq ailəsi ilə birlikdə Azərbaycana köçüb gədikdən sonra təhsilini Gəncə şəhər 2 saylı orta məktəbdə davam etdirmiş və orta məktəbi bitirdikdən sonra 77 saylı peşə məktəbində çilingər peşəsinə yiyələnmişdir. İntiqam Əmirov 1990-cı ildə həqiqi hərbi xidmətə çagırılmış, Nasosnu deyilən yerdə sıravi əsgər kimi xidmət edib 1992-ci ildə geri qayıtmışdır. İntiqam Əmirov Gəncə şəhəri Xalça kombinatında mühəndis kimi işə düzəlmiş, həmin ilin oktyabr ayında ailə qurmuş və bir qız övladı dünyaya gəlmişdir. O, həmişə ermənilərə nifrət etmiş, azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələrə dözə bilməyib öz istəyi ilə 29 aprel 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanmış və 703 saylı Gəncə batalyonunda xidmət etmişdir. İntiqam Əmirov tez bir zamanda zabit-əsgər heyətinin hörmətini qazanmış, komandiri tərfindən ona verilmiş döyüş tapşırıqlarını vaxtında və uğurla yerinə yetirmiş, cəsur döyüşçü olmuşdur. Əmirov İntiqam Sədi oğlu 27 iyul 1993-cü ildə Ağdərə rayonunun Levonarx kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Məhkəmənin 2-171 2001-ci il tarixli qərarına əsasən İntiqam Əmirov itkin düşdüyü, yəni 27 iyul 1993-cü il tarixdən etibarən şəhid elan edilmişdir.
Əmirov İntiqam Sədi Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş