Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Vüqar Yaşar Oğlu
  • Doğum Tarixi: 08.03.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Vüqar Yaşar oğlu 1969-cu il mart ayının 8-də Gəncə şəhərində anadan olmuşdur. 3 saylı orta məktəbdə təhsil almışdır. Vüqar Əliyev 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə sürücü idi. Hərbidən qayıtdıqdan sonra kommersiya mağazasında əmək fəaliyyətinə başlamışdır.

Vüqar Əliyev 1992-ci ilin sentyabrında könüllü olaraq Gəncə ərazi Özünümüdafiə batalyonuna qoşulmuşdur. Batalyonun tərkibində Murovdağ və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş dostları arasında böyük hörmət qazanan Vüqar Əliyev hər an dostlarının köməyində olardı. Sonralar 703 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Sərrast atıcı idi. Göstərdiyi hərbi xidmətə görə hərbi hissə komandiri tərəfindən qiymətli mükafata layiq görülmüş, ailəsinə dəfələrlə təşəkkür məktubları göndərilmişdir.

1992-ci il oktyabrın 25-də Ağdərəyə ərzaq apararkən pusquya düşən Vüqar Əliyev erməni quldurlarının qəfil atəşi ilə qətlə yetirilmişdir. Ölümündən 6 ay sonra ilk   balası Vüqarə dünyaya gəlmişdir. Oktyabrın 26-da Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Vüqar Yaşar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş