Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Namiq Mütəllib Oğlu
  • Doğum Tarixi: 21.09.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Namiq Mütəllib oğlu 1972-ci il sentyabrın 21-də  Gəncə şəhərində anadan olmuşdur. Texniki-peşə məktəbini bitirərək çilingər-avtomexanik peşəsinə yiyələnmişdir. 22 sentyabr 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 863 və 703 saylı hərbi hissələrdə xidmət etmişdir. Həqiqi hərbi xidmətini Qəbələ rayonunda keçirmiş, təxris olunduqdan sonra bir başa cəbhəyə yollanmışdır. «Qarabağ müdafiə şahinləri» adlı döyüş dəstəsində vuruşmuşdur. Kəşfiyyatçı kimi fəal mübarizə aparan Namiq Əliyev ermənilərə qarşı hazırlanan bir neçə hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Komandanlıq tərəfindən ona verilən əmr və tapşırıqları layiqincə və vaxtlı vaxtında yerinə yetirirdi. Səmimi münasibətinə görə dostları arasında böyük hörmət qazanmışdı.Əliyev Namiq Mütəllib oğlu 1992-ci il oktyabrın 29-da 863 saylı hərbi hissədə mühüm tapşırıq dalınca göndərilmiş və bir daha geri qayıtmamışdır.
Əliyev Namiq Mütəllib Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş