Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Azad İslam Oğlu
  • Doğum Tarixi: 16.07.1970
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Azad İslam oğlu 1970-ci il iyulun 16-da Gəncə şəhərində anadan olmuşdur. O, əvvəlcə orta məktəbdə, sonra isə 15 saylı texniki-peşə məktəbində təhsil almışdır. Bir müddət Dəmir-beton məmulatı zavodunda işləmişdir. Həqiqi hərbi xidmətini Sankt-Peterburq şəhərində keçirmişdir.

Qarabağ savaşı başlananda Azad könüllü olaraq milli orduya yollanmışdı. Bir neçə uğurlu əməliyyatlarda iştirak etmişdi. Ona tapşırılan əmr və tapşırıqları layiqincə yerinə yetirən Azad Əliyev dəfələrlə hərbi hissə komandirləri tərəfindən təşəkkürnamələr və qiymətli mükafatlarla təltif olunmuşdur.

1993-cü ilin dekabr ayında Azad Əliyev Tərtər rayonu ərazisində döş qəfəsindən yaralanmışdır. Onu Bakıya – Semaşko adına xəstəxanaya  aparsalar da, həkimlər igid döyüşçünün həyatını xilas edə bilməmişdilər.
Əliyev Azad İslam Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş